"Neftçi"nin rəqibi nigeriyalı futbolçu transfer etdi

18.07.2022 20:10 436
Konfrans Liqası
Avropa Konfrans Liqasında "Neftçi"nin rəqibi olan "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Limassol təmsilçisi müdafiəçi Peter Oder Ofornadunu transfer edib. Bu barədə Kipr klubunun rəsmi saytı məkumat yayıb. 18 yaşlı nigeriyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyunu iyulun 21-də Kiprdə keçirəcək. Cavab oyunu bir həftə sonra Bakıda olacaq.