Portuqaliyalı futbolçu "Neftçi"nin rəqibində

18.06.2022 10:20 471
Dünya futbolu
Cənubi Kipr "Aris"i heyətini yeni futbolçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, Limassol təmsilçisi son klubu Portuqaliya "Farense"si olan vinger Mixlali Mayambelanı transfer edib.

25 yaşlı oyunçu "Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibinə azad agent kimi keçəcək.

Flaqmanın "Aris"lə ilk oyunu iyulun 21-də Cənubi Kiprdə, cavab matçını isə 28-də Bakıda keçirəcək.