"Qarabağ"ın "Lex"lə oyunu 1-ci oldu

7.07.2022 12:58 599
Çempionlar Liqası
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, 15 oyunda ümumilikdə 104 minə yaxın tamaşaçı iştirak edib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Ən çox azarkeş Polşada baş tutan “Lex” – “Qarabağ” matçını izləyib. “Poznan” stadionunda keçirilən oyunu 25 118 azarkeş tribunadan izləyib.

Qeyd edək ki, “Qarabağ” “Lex”ə 0:1 hesabıyla uduzub. Komandalar arasında cavab matçı iyulun 12-si saat 20.00-da Bakıda olacaq.