"Qarabağ" bu göstəricidə lider oldu

20.07.2022 09:12 625
Çempionlar Liqası
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, dünən İsveçrə “Sürix”ini 3:2 hesabıyla məğlub edən “Qarabağ” turnirdə ən çox qol vuran komandalar arasında ikinci sıradadı. 3 oyuna 8 qol vuran “atlılar” yalnız İslandiya “Vikinqur”undan geridə qalır. Skandinavlar 12 qolla bu göstəricidə liderdi.

“Qarabağ” eyni zamanda ən çox hücuma çıxan komandadı. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 40 hücumla 3-cü sırada qarşılaşıb. İlk sırada Bolqarıstan “Lüdoqorets”i (52), ikincidə isə İsveç “Malmö”sü (45) yer alıb.

Azərbaycan çempionu küncdən zərbələrin sayında liderdi. “Atlılar” 3 oyunda 25 dəfə kornerdən istifadə edib. Komanda ən çox cərimə edənlər arasında birincidi. “Qarabağ”lılar 3 matçda 42 dəfə sərt oynayıb.

“Qarabağ”ın yarımmüdafiəçi Kadi Borqes bombardirlər siyahısında ikincidi. 3 qolu olan braziliyalı futbolçu “Bodyo-Qlimt”in hücumçusu Bonifeysdən geri qalır (4 qol).

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsinin "Sürix"lə cavab oyununu iyulun 27-də İsveçrədə keçirəcək.