"Qarabağ"da ciddi itki: "Sürix"lə oyunlarda iştirak etməyəcək - AÇIQLAMA

16.07.2022 16:24 6 288
Premyer-liqa / Günün xəbəri
Təəssüf ki, ağdamlılar “Sürix”lə oyuna itki ilə çıxacaq.

Football-plus.az xəbər verir ki, zədəli Qara Qarayev Bakıdakı görüşdə iştirak edə bilməyəcək. Bu bilgini klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədən aldıq:

“Yarımmüdafiəçinin əzələsində 1-ci dərəcəli dartılma aşkarlanıb. Bu üzdən "Sürix"lə ilk oyunda meydana çıxmayacaq. Qara Qarayev bu gün MRT müayinəsindən keçdi. Onda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb. Yaxın bir neçə gün ərzində bərpa prosesi keçəcək. Bundan sonra tədricən komanda ilə məşqlərə başlayacaq. "Sürix"lə ilk matçı buraxacağı dəqiqdi".