Sabah premyer-liqanın 26-cı turu start götürəcək.
"Football-plus.az" xəbər verir ki, "Qarabağ" "Zirə"ni qəbul edəcək. Ağdam təmsilçisi bu görüşə 2 itki ilə çıxacaq. "Köhlən atlar"ın üzvləri - Qara Qarayev və Patrik Andrade cəzalı olduqları üçün "Zirə" ilə matçı buraxacaqlar. Millimizin üzvü sarı vərəqə limitini doldurduğu üçün qarşılaşmada iştirak etməcək. Patrik Andrade isə "Sabah"la oyunda qırmızı "kart" aldığı üçün matçı buraxmalı olacaq.
Qeyd edək ki, qarşılaşma sabah saat 20.15-də start götürəcək.