"Zirə"nin rəqibindən yeni müqavilə

28.06.2022 13:29 516
Dünya futbolu
"Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Makkabi" (Tel-Əviv, İsrail) futbolçusu Parfeit Giaqonla yeni müqavilə imzalayıb.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan oyunçu ilə 3+1 illik sözləşməyə qol şəkib.

"Zirə" ilə "Makkabi" arasında iyulun 21-i "Dalğa Arena"da keçiriləcək. Təl-Əvivdəki qarşılaşma bundan 1 həftə sonra baş tutacaq.