"Zirə"nin rəqibi Almaniya və Niderland klubları ilə qarşılaşacaq

27.06.2022 12:35 498
Konfrans Liqası
"Makkabi" yeni mövsümün hazırlıqları üçün Niderlanda yola düşüb.

"Football-plus.az" xəbər verir ki, Təl-Əviv təmsilçisi burda iki yoxlama matçı keçirəcək.

"Zirə"nin Konfrans Liqasındakı rəqibi Almaniyanın 4-cü liqa təmsilçisi "Almania Aaxen" və Belçika Yüksək Liqasında çıxış edən "Vesterlo" ilə qarşılaşacaq. İlk oyun iyunun 29-da, digəri isə iyulun 2-də baş tutacaq.

"Zirə" "Makkabi" ilə ilk oyunu iyulun 21-də evdə, cavab matçını isə 28-də İsraildə keçirəcək.