"Argentina" millisinin sabiq üzvü "Səbail"də

13.07.2022 18:31 534
Ölkə futbolu
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football -plus.az" xəbər verir ki, paytaxt klubu argentinalı müdafiəçi Fakundo Kardozonu heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Məlumatı "dənizçilər"in saytı yayıb.

Fakundo müxtəlif illərdə ölkəsinin "Platense", "Oll Boys", "Arsenal Sarandi" klublarında oynayıb. Futbolçu Argentinanın U-20 millisində çıxış edib.