“Səbail”dən yeni transfer

19.06.2022 20:12 528
Ölkə futbolu
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

“Football-plus.az” saytının məlumatına görə, bu haqda paytaxt təmsilçisi sosial şəbəkə hesablarında xəbər yayıb. “Dənizçilər” Vüsal Qənbərovu transfer edib. Gənc yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 19 yaşlı futbolçu ötən mövsüm "Şamaxı-2"də oynayıb.