“Səbail”dən daha bir transfer

19.06.2022 20:59 458
Ölkə futbolu
“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

“Football-plus.az” saytının məlumatına görə, bu haqda paytaxt təmsilçisi sosial şəbəkə hesablarında xəbər yayıb. “Dənizçilər” Vüqar Həsənovla 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi ötən mövsüm "Kəpəz"də çıxış edib. “Səbail” bu gün "Şamaxı"dan Vüsal Qənbərovu da heyətinə qatıb.