"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirdi

23.05.2022 18:14 643
Premyer-liqa
"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar" İlkin Qırtımovu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Şamaxı” olan Qırtımov 2015 - 2018 və 2019 - 2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada “Simurq” (2009-2015), “Neftçi” (2018) və “Zirə”nin (2018-2019) də formasını geyinib.

Qeyd edək ki, İlkin Qırtımov Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul