"Qəbələ" Türkiyəyə yollandı

3.07.2022 21:13 502
Premyer-liqa
“Qəbələ” 2022/23 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanıb.

"Football-plus.az" xəbər verir ki, Boluda təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” iyulun 13-dək qonşu ölkədə hazırlaşacaq. Komanda Boludakı oteldə məskunlaşacaq.

Hazırlıq prosesində “Qəbələ” iki yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, Konfrans Liqasında qüvvəsini sınayacaq “qırmızı-qaralar” 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la görüşəcək. İlk oyun iyulun 21-də səfərdə, cavab qarşılaşması bir həftə sonra Qəbələdə baş tutacaq.