Azərbaycan klubunun sabiq rəisi həbs olundu

8.06.2022 15:32 928
Aktual
MOİK-in sabiq rəhbəri Elxan Məcidov barəsində həbs qətimkan tədbiri seçilib.

"Football-plus.az" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin nəzdində olan MOİK-in sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb. Məhkəmənin 4 iyun tarixli qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı Elxan Məcidovu Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almaqda və digər cinayət əməllərində təqsirləndirir. Məcidov xidmət etdiyi dövrdə çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq MOİK-ə köçürülməsini, aylığa buraxılmasını təmin edib.

Qeyd edək ki, ​Elxan Məcidov əvvəllər Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində işləyib.