“Şarlott”un mərkəz oyunçusu Montrezl Harrell narkotiklərin qanunsuz saxlanmasında və dövriyyəsində suçlanır.
28 yaşlı amerikalı mayın 12-də Kentuki ştatının Riçmond şəhərində saxlanılıb. Polislər daha irəlidə gedən maşına yaxın sürdüyünə, yəni ara məsafəsini gözləmədiyinə görə basketbolçudan şübhələniblər. Bu zaman polislərdən biri narkotik vasitələrin qoxusunu alıb, axtarış zamanı maşında 3 funt (1,3 kq-dan artıq) marixuana aşkarlanıb. İçində marixuana olan əl çantası arxa oturacağa qoyulubmuş.
Harrellə 5 funtdan az marixuananın qeyri-qanuni dövriyyəsi maddəsi ilə ittiham irəli sürülüb. Günahı sübuta yetirilərsə, basketbolçunu 5 ilə qədər həbs cəzası gözləyir. Bu iş üzrə ilkin dinləmə iyulun 13-nə nəzərdə tutulub.
Harrell 2019/20 mövsümündə MBA-nın ən yaxşı 6-cı oyunçusu üçün nəzərdə tutulan mükafatın qalibidi. Mərkəz oyunçusu 2021/22 mövsümündə 71 oyunda iştirak edib, hər oyunda orta hesabla 13,1 xal, 6,1 ribaund və 2 ötürmə ilə yadda qalıb.