Vitsel Madridə gəldi

8.07.2022 15:12 444
Dünya futbolu
Aksel Vitsel artıq Madriddədi.

Football-plus.az" xəbər verir ki, Dortmund “Borussiya”sından ayrılan təcrübəli futbolçunun “Atletiko”ya keçidi rəsmiləşib. İspaniya klubunun saytı azad agent olan belçikalı yarımmüdafiəçi ilə birillik müqavilə imzalandığını xəbər verib.

Qeyd edək ki, 33 yaşlı Aksel ötən mövsüm bundesliqada 29 oyuna 2 qol vurub.