Erlinq Holannın yayda “Borussiya”nı tərk edəcəyi çoxdan məlumdu.
Mövsümün sonunda Dortmund klubundan Aksel Vitsel də ayrılacaq. “Sky Sport”un yaydığı xəbərə görə, rəhbərlik belçikalı yarımmüdafiəçi ilə müqaviləni yeniləməmək qərarına gəlib. O, yayda azad agent kimi komandadan ayrılacaq.
Xatırladaq ki, Vitsel “Borussiya”da 2018-ci ildən oynayır. 33 yaşlı futbolçu bu mövsüm bundesliqada 25 oyuna çıxıb və 1 qol vurub. Akselin karyerasını ABŞ-da davam etdirmək şansı var.