İngiltərə çempionundan daha bir transfer

5.07.2022 19:43 350
Dünya futbolu
“Mançester Siti” heyətinə daha bir yeni oyunçu cəlb edib.

"Football-plus.az№ xəbər verir ki, İngiltərənin son çempionu “Lids”in yarımmüdafiəçisi Kelvin Fillipsi transfer etdiyini açıqlayıb. İngiltərə millisinin üzvü “şəhərlilər”ə 48,7 milyon avroya başa gəlib. Müqavilə 6 il müddətinə imzalanıb. Kelvin yeni klubunda “4” nömrəli formada çıxış edəcək.

“Lids”də 2014-cü ildən çıxış edən futbolçu ümumilikdə 233 oyuna 13 qol vurub, 14 məhsuldar ötürmə edib.