“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Lex” (Polşa) ilk transferini reallaşdırmağa hazırlaşır.
"Football-plus.az" xəbər verir ki,bu məlumatı Polşa mətbuatı yayıb. Poznan təmsilçisi “Belenenseş”in yarımmüdafiəçisi Afonso Souzanı heyətinə qatmaq üzrədi. Klublar 22 yaşlı oyunçunun keçidində ortaq məxrəcə gəlib.
“Lex” portuqaliyalının transferi müqabilində qarşı tərəfə 1 milyon avrodan bir qədər az pul ödəyəcək. “Portu”nun sabiq üzvü özü də polşalılarla şəxsi müqaviləni razılaşdırıb. Yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir.
“Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü isə iyulun 12-də Bakıda keçiriləcək.