İspaniyalı məşhur hakim "Qarabağ"ın oyununu idarə edəcək

20.06.2022 16:55 1 073
Manşet / Çempionlar Liqası
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Lex" (Polşa) - "Qarabağ" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, matçı İspaniya Futbol Federiyasından Xose Luis Munuera idarə edəcək. Ona Pau Çebrian Devis və Antonio Ramon Martinez kömək edəcək. Dördüncü hakim funksiyasını Xorxe Fiqueroa Vazkez yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 5-də Polşada keçiriləcək görüş Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.