UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi cavab oyunu üçün biletləri satışa çıxarılıb.
"Football-plus.az" Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətlər sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir.
Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11.00-dan 20.00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11.00-dan 20.00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15.00-da başlayacaq və 20.00-dək davam edəcək. Digər satış günləri isə 10.00-dan 20.00-dək olacaq.
Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20.00-da başlayacaq. Komandalar arasında ilk görüş isə iyulun 5-də Poznanda keçiriləcək.