"Qəbələ"nin rəqibi Rumınya millisinin üzvünü transfer etdi

25.06.2022 10:10 418
Dünya futbolu
"Fehervar" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Macarıstan klubu Rumıniya millisinin vingeri Klaudiu Bumba ilə müqavilə imzalayıb. Futbolçu son olaraq "Kişvarda"nın formasını geyinib.

Qeyd edək ki, "Qəbələ"nin "Fehervar"la görüşləri iyulun 21-də Macarıstanda, 28-də isə Qəbələdə keçiriləcək.