"İndi daha güclüyük" - "Lex"in kapitanı

4.07.2022 17:12 516
Çempionlar Liqası
"Lex"inin kapitanı Mikael İshak evdə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, isveçli hücumçu Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdikləri üçün xoşbəxt olduqlarını bildirib:

"Sabahkı oyunu səbirsizliklə gözləyirəm. Hər bir komanda belə turnirdə oynamaq istəyər. Avrokuboklarda iştirak edirsənsə, 2-3 gündən bir oynamağa hazır olmalısan. Yaxşı komandamız var. 2 il öncəki ilə müqayisədə indi daha güclüyük. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq".


Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.