"Lex" "Qarabağ"la oyun üçün azarkeşlərə müraciət etdi - "Bizimlə olun"

30.06.2022 16:51 542
Çempionlar Liqası
Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşanın "Lex" klubu azarkeşlərinə müraciət edib.

"Football-plus.az" Poznan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, polyaklar güclü rəqiblə çətin görüşdə azarkeşlərindən maksimum dəstək istəyib:

"Komandamızı Çempionlar Liqasının I təsnifat mərhələsində çətin tapşırıq gözləyir. Çünki Avropa meydanlarında böyük təcrübəsi olan rəqiblə üz-üzə gələcəyik. "Qarabağ" ardıcıl 8-ci ildir, avrokuboklarda qrup mərhələsində yer alır. Ötən mövsüm Konfrans Liqasında yarışan komanda H qrupunda yalnız "Bazel"dən geri qaldı və 2-ci yeri tutdu. Pley-offda isə Azərbaycan təmsilçisi "Marsel"ə (1:3, 0:3) məğlub olaraq, turnirdə mübarizəni dayandırdı.

Bu matçda 12-ci oyunçunun əhəmiyyəti çox böyük olacaq. Poznan stadionunun tribunalarında bizimlə olun".


İyulun 5-də keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə 22.00-da start götürəcək.