Bu gün basketbol üzrə Azərbaycan millisi kiçik ölkələr arasında keçirilən Avropa çempionatında ilk oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Maltada keçiriləcək Avropa çempionatında millimiz ilk oyununu yerli milli ilə qarşılaşacaq.
Aleksandr Trifunoviçin rəhbərlik etdiyi kollektiv Maltadan savayı Andorra ilə eyni qrupda yer alıb.
20.30 Malta - Azərbaycan
Azərbaycan millisinin heyəti: Zaur Paşayev, Cordan Deyvis, Endar Poladxanlı, Orxan Aydın, Anar Hacıyev, Amil Həmzəyev, Əkpər Məmmədov, Cəbrayıl Əkpərov, Şirzad Şirzadov, Elşad Şirzadov, Ulas Can Turqut və Beray Taşer.