3x3 basketbol üzrə kişilərdən ibarət yığmamız Serbiyadakı təlim-məşq toplanışını başa vurub.
Orxan Aydın, Endar Poladxanlı, Amil Həmzəyev, Zaur Paşayev və Cordan Devisdən ibarət milli Avropa Kubokunun seçmə oyunlarının keçiriləcəyi Cənubi Kiprin Limassol şəhərinə yollanıb. Təmsilçimiz B qrupunda meydan sahibləri, Andorra və Lüksemburq ilə mübarizə aparacaq. Digər qrupda İrlandiya, Kosovo və Albaniya yarışacaq. Qarşılaşmalar bu gün və sabah baş tutacaq. Finalçılar sentyabrın 9-11-də Qrasda (Avstriya) keçiriləcək Avropa Kubokuna vəsiqə qazanacaq.