Millimiz Avropa Çempionatının 1/4 final oyununa çıxır

9.06.2022 12:09 666
Yığma
Mini-futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında 1/4 final mərhələsinin oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv ev sahibi Slovakiya ilə qarşılaşacaq.

Matç Bakı vaxtilə 22.45-də start götürəcək.

Millimiz qalib gələrsə, yarımfinalda Macarıstan - Qazaxıstan cütünün qalibi ilə qarşılaşacaq.