Millimiz yarımfinalda

9.06.2022 23:36 583
Ölkə futbolu
Bu gün mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatında 1/4 final mərhələsinin oyununa çıxıb.

"Football-plus.az" saytının məlumatına görə, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv ev sahibi Slovakiyaya qarşı oynayıb.

Millimiz 1:0 qalib gələrək yarımfinala adlayıb. Finala çıxmaq üçün isə millimiz Qazaxıstanla qarşılaşacaq.


Slovakiya - Azərbaycan 0:1
Qol: Elvin Əlizadə 42
Qırmızı vərəqə: Vüsal İsayev 49