Millimiz yoxlama oyunu keçirdi

15.03.2022 22:10 524
İdman
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının Türkiyənin İzmir şəhərində təşkil olunan təlim-məşq toplanışı davam edir.

Komanda hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Millimiz “Petkim Spor" ilə qarşılaşıb - 84:61.

Bu oyunda yığmamızın üç basketbolçusu öz statistikaları ilə diqqət çəkib.

Amil Həmzəyev - 23 xal (12 ribaund)
Əkbər Məmmədov - 12 xal (16 ribaund)
Zaur Paşayev - 17 xal (7 asist)