Tomas Partey müsəlman olandan sonra daha bir addım atıb: o, adını da dəyişib.
"Football-plus.az" “Daily Mail”ə istinadən xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisi mərakeşli Sara Belle ilə ailə həyatı qurduqdan sonra bu qərarı verib. Qanada xristian ailəsində doğulan Partey bu ilin əvvəlində İslam dinini qəbul etmişdi. 28 yaşlı futbolçu toyu zamanı Yaqub adını götürüb. Bununla belə, “Arsenal”ın formasında onun əvvəlki adı yazılır.
Onu da qeyd edək ki, London klubuna 2020-ci ildə “Atletiko”dan keçən Tomas Qana yığmasında çıxış edir. İndiyədək milli formada 40 oyuna 13 qol vurub.