Tomas Partey bu mövsüm bir daha meydana çıxmaya bilər.
Bu fikir Mikel Artetaya məxsusdu. “Arsenal”ın baş məşqçisi qanalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğunu bildirib:
“Onun son müayinəsindən sonra aldığımız xəbər heç də ürəkaçan deyil. Tomas bu mövsüm bir daha meydana çıxmaya bilər. Amma biz istənilən halda gözləyəcək və ümid edəcəyik. Partey sıraya mümkün qədər tezliklə dönməyə çalışacaq. Lakin onun mövsümün qalan matçlarında iştirakı çətin görünür”.