 
Basketbol üzrə Avroliqanın son qalibi “Efes” forvard Uill Klaybernlə müqavilə bağladığını elan edib.
Türkiyə klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, 32 yaşlı amerikalı ilə müqavilə 2024-cü ilə qədərdi.
Klaybern 2017-dən bəri şərəfini qoruduğu ÇSKA-dan iyunun 7-də ayrılıb. Moskva klubunun heyətində keçirdiyi 236 oyunun hər birində orta hesabla 12,9 xal toplayan forvard 2019-da “4-lər finalı”nın MVP-si sayılıb.