Naxçıvan təmsilçisinin bir neçə qapıçı ilə danışıq apardığı məlum idi. Görəsən, klub hansısa qapıçı ilə anlaşıb? Vitse-prezident Mahmud Sadıqovu dinləyək:
"Hələ qapıçısı məsələsi həll olunmayıb. Üç nəfərlə danışıqlar davam edir. Onlardan ikisi ukraynalı, biri isə iranlıdı. Çalışırıq ki, Ukraynadan olan qapıçını gətirək. Razılıq əldə olunan kimi ictimaiyyətə açıqlama veriləcək".
GÜNAY VƏLİYEVA






