“Araz-Naxçıvan” Rövşən Hüseynlinin Rusiya klubuna keçidindən nə qədər qazanıb? - RƏSMİ AÇIQLAMA

28.03.2022 21:00 877
Aktual / Manşet
Rövşən Hüseynlinin karyerasını Rusiyada davam etdirəcəyi hər kəsə məlumdu.

Qapıçı "Torpedo" ilə razılıq əldə edib və mövsümün sonuna qədər Nijni Novqoroq təmsilçisinin şərəfini qoruyacaq. Görəsən, qolkiperin gedişi "Araz-Naxçıvan"a nə qazandırıb? Sualımızı klubun vitse-prezidenti Mahmud Sadıqov cavablandırdı:

"Rövşən illərdi "Araz-Naxçıvan"da çıxış edir. Bu klubun uğurlarında böyük paya malikdi. Bunların hamısını nəzərə almışıq. Mən də çalışdım ki, onun yolu açıq olsun. Karyerası daha da yüksəlsin. Heç bir maliyyə söhbəti etməmişik. Təki o getsin, inkişaf etsin. Bu qərarın həm milimiz, həm də karyerası üçün yaxşı olacağına əminəm".


GÜNAY VƏLİYEVA