"Neftçi"nin yeni baş məşqçisi bu saatda bəlli olacaq

8.06.2022 10:07 537
Premyer-liqa
Xəbər verdiyimiz kimi, bu gün “Neftçi” klubunun Müşahidə Şurasının iclası keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, saat 16.00-dan etibarən klubun inzibati binasında təşkil olunması planlaşdırılan iclasın gündəliyinə aşağıdakı məsələlər daxildi:

1. Hesabatların dinlənilməsi.

2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

4. Növbəti mövsümün büdcəsi.

5. Digər məsələlər.