"Neftçi"də yeni baş məşqçi bu tarixdə bilinəcək

3.06.2022 16:05 720
Premyer-liqa
“Neftçi”nin Müşahidə Şurasının iclası iyunun 8-nə təyin olunub.

"Football-plus.az" xəbər verir ki, klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildi:

1. Hesabatların dinlənilməsi.
2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.
5. Digər məsələlər.

Müşahidə Şurasının iclasının başlanma saatı haqqında məlumat verilməyib.