Bu sözləri “Futbol+” qəzetinə açıqlamasında Elmar Baxşıyev deyib. “Qəbələ”nin çalışdırıcısı İcraiyyə Komitəsinin premyer-liqada legioner limitinin dəyişməsi və əvəzetmə sayının artırılması ilə bağlı fikirlərini bildirib:
“Onsuz da heyətdə əsasən gənclərə şans veririk. Amma legioner limitinin "7+4" formatına keçilməsini gözləmirdim. Düşünürəm ki, limitin artırılması komandalar arasındakı səviyyə fərqində uçurum yaradacaq. Amma nə edək, qərara hörmət edib uyğunlaşmalıyıq".





