• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnkişaf etməliyik, yerimizdə saya bilmərik” - AÇIQLAMA

Ölkə futbolu / Manşet

22-04-2022, 12:0

Aprelin 18-də Bakı Olimpiya Stadionunda Klublar Komitəsinin iclası keçirildi.

Toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, texniki direktoru Cahangir Həsənzadə, PFL-in Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və premyer-liqada mübarizə aparan klubların nümayəndələri iştirak etdi. Mövzu elitada növbəti mövsüm üçün legioner limiti və əvəzetmə sayı ilə bağlı idi. Klub nümayəndələri təkliflərini səsləndirdi. Qərarı isə, təbii ki, AFFA İcraiyyə Komitəsi verəcək. Detalları aydınlaşdırmaq üçün görüşdə iştirak edən klub rəsmilərinin fikirlərini öyrənməyi lazım bildik.

Fərəc Əliyev (“Səbail”in idman direktoru):

“Səbail”in mövqeyi ortadadı. Bilirsiz ki, hazırda komandamızda cəmi 4 legioner var. Klubumuzun strategiyası belədi. Növbəti mövsümdə də minimum legioner futbolçu ilə çıxış etməyi planlaşdırırıq. Ona görə də bizim üçün böyük fərqi yoxdu. Bu məsələ ilə bağlı hansı qərar verilsə, bizə uyğundu. “Səbail”ə təsiri olmayacaq. Əvəzetmə məsələsinə gəlincə, düşünürəm ki, 5 əvəzetmə daha yaxşı olar. Hazırda dünyanın bir çox ölkəsində bu sistem tətbiq olunur. Bisdə isə üç əvəzetməyə icazə verilir. Lakin növbəti mövsümdə dediyim rəqəm olsa, sevinərik”.


Maqsud Adıgözəlov (“Sabah”ın prezidenti):

“Biz əcnəbi oyunçu limitinin artırılmasını təklif etmişik. Açığı, bu təkliflə hansısa imtiyaz əldə etmək fikrimiz yoxdu. Hazırda komandamızda olan yerli futbolçularla uzunmüddətli müqaviləmiz var və onların arasında perspektivli gənclər də kifayət qədərdi. Lakin qeyd etməliyəm ki, hazırkı limitin özünü doğrultmadığı bir neçə məqam var. Premyer-liqada futbolun keyfiyyəti aşağı düşür. Limitin yumşaldılması ilə meydanda daha keyfiyyətli futbolçuların ifasında daha yüksək səviyyəli oyunlar baş tutacaq ki, yerlilər də bu mühitdə inkişaf etmək imkanı qazanacaq. Azərbaycanlı futbolçuların maaşı çoxdu. Hazırkı limitdə bəzi oyunçulara pasportuna görə yüksək maaş verilir ki, bu da onların ölkə xaricinə çıxmaq istiqamətində motivasiyasının itməsinə səbəb olur. Təbii ki, bu amil milli komandalara, avrokuboklarda klubların çıxışına mənfi təsir göstərir. Klublar mövsümöncəsi heyəti idman prinsipləri əsasında yox, çempionatda tətbiq olunan limitə uyğun formalaşdırır. Bu amil də onların avrokuboklarla daha tez vidalaşmalarına və ölkə reytinqinə mənfi təsir göstərir. Yığmalarda “milliləşdirilən” futbolçuların sayı artır. Hazırkı limit daha çox rəqabətsiz futbolçular yetişdirir. Bunun da nəticəsində yığma daha çox xaricdə yetişən futbolçulardan asılı vəziyyətə düşür. Kimdəsə belə fikir yarana bilər ki, limit yumşaldılsa, çempionatda aşağı səviyyəli legionerlərin sayı artacaq. Lakin bunu da tənzimləmək mümkündü. Məsələn, klublardan 8-ci legionerdən sonra qeydiyyata alınacaq hər əcnəbi futbolçuya görə yüksək ödəniş tələbi, federasiya tərəfindən hər gənc futbolçunun xidmətindən istifadəyə görə klublara yüksək ödəniş və s. Mənə elə gəlir ki, inkişaf etməliyik, yerimizdə saya bilmərik. Hazırda tətbiq olunan limit artıq öz vaxtını başa vurub və xüsusi nəticə verməyib. Növbəti mövsümlərdə limit tədricən yumuşaldılmalı, premyer-liqa genişləndirilməli və klubların buna uyğunlaşması üçün münbit şərait yaradılmalıdı”.


SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Ölkə futbolu

28-04-2022, 18:0

İcraiyyə Komitəsi əvəzetmə sayının artırılmasını müzakirə edəcək

Ölkə futbolu

28-05-2022, 13:0

AFFA limiti də dəyişəcək, əvəzetmə sayını da!

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə