Neymar indi Peledən 4 top geri qalır

5.06.2022 18:36 480
Dünya futbolu
Braziliya yığması sınaq matçında Koreyanı darmadağın edib.

5:1 hesablı qələbədə penalti ilə dubl edən Neymar milli formada meydana çıxdığı 118-ci oyunda qollarının sayını 73-ə çatdırıb. PSJ-nin hücumçusu indi “selesao”nun rekordçusu olan Peledən yalnız 4 top geri qalır. Xatırladaq ki, canlı futbol əfsanəsi Braziliya yığmasında 1957-71-ci illərdə keçirdiyi 92 matçda 77 qol vurub.