Braziliya yığması sınaq matçında Yaponiyanı minimal hesabla məğlub edib.
Penaltini dəqiq yerinə yetirən Neymar milli formada meydana çıxdığı 119-cu oyunda qollarının sayını 74-ə çatdırıb. PSJ-nin hücumçusu indi “selesao”nun rekordçusu olan Peledən yalnız 3 top geri qalır. Xatırladaq ki, canlı futbol əfsanəsi Braziliya yığmasında 1957-71-ci illərdə keçirdiyi 92 matçda 77 qol vurub.