Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın rəqibi olan Qazaxıstan millisinin baş məşqçisi vəzifəsi boş qalıb.
Baş məşqçi vəzifəsini icra edən Andrey Karpoviçlə yolları ayırıb. Onunla müqavilənin uzadılmayacağı deyilir.
Bu barədə yerli mətbuat xəbər yayıb. Qaxıstan Futbol Federasiyası baş məşqçi vəzifəsini Qriqori Babayana həvələ etmək istəyir. Erməni mütəxəssis hazırda Rusiyanın SSKA klubunda Aleksey Berezutskinin köməkçisi işləyir. Onun klubla müqaviləsi bu ilin mayında başa çatır. Q.Babayan 2008-2014-cü illərdə də Qazaxıstan millisinin məşqçilər korpusunda yer alıb.