"Liverpul"un sabiq futbolçusu və hazırda "Aston Villa"ya baş məşqçilik edən Stiven Cerrard komandanın Çempionlar Liqasının finalında "Real"la keçirəcəyi matç barədə fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, o, "mersisaydlılar"ın 2:0 hesabı ilə qalib gələcəyini düşündüyünü deyib:
“Liverpul"a uğurlar arzulayıram. Ümid edirəm ki, bütün arzu olunan nəticələrə nail olacaqlar. İnanıram ki, matç əla keçəcək. "Liverpul"un 2:0 hesabı ilə qələbə qazanacağını düşünürəm".
Qeyd edək ki, bu gün Parisdəki "Stade de Frans" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.