Ançelotti Çempionlar Liqasında rekord qırdı

5.05.2022 14:03 642
Çempionlar Liqası
Çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti" ilə cavab görüşü "Real"ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, 62 yaşlı mütəxəssisin komandası matçda 3:1 hesabı ilə qalib gəlməklə "şəhərlilər"i ümumilikdə 6:5 hesabı ilə məğlub edib və finala yüksəlib. Nəticədə Ançelotti baş məşqçilik etdiyi komandalarla birlikdə karyerası ərzində 5-ci dəfə turnirin həlledici oyununa vəsiqə qazanıb. Bu, ÇL üçün rekord göstəricidi.

Ançelotti 74 yaşlı Marsello Lippi və Aleks Ferqyüssonu geridə qoyub. Lippi "Yuventus"la, Ferqyüsson isə "Mançester Yunayted"lə 4 dəfə finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Real" həlledici matçda "Liverpul"la üz-üzə gələcək. Görüş mayın 28-i Parisdəki "Stade de Frans" arenasında oynanılacaq.