Mövsümün futbolçusu adına namizədlər bilindi

13.05.2022 16:25 457
Dünya futbolu
İngiltərə Premyer Liqasında mövsümün futbolçusu adına namizədlər müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, iddiaçıların adlarını Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

Mükafata 8 namizəd iddia edir. Bunlar Trent Aleksander-Arnold, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Cerrod Bouen (“Vest Hem”), Joao Kanselo, Kevin de Breyne (hər ikisi “Mançester Siti”), Bukayo Saka (“Arsenal”), Son Xın Min (“Tottenhem”) və Ceyms Uord-Prouzdur (“Sauthempton”).

Qeyd edək ki, mövsümün oyunçusu azarkeşlər, futbol ekspertləri və 20 kapitan arasında səsvermənin yekununda müəyyənləşəcək.