Karyerasında fasilə vermək qərarına gəldi

19.05.2022 19:53 362
Dünya futbolu
Mario Fernandes karyerasını dayandırmaq qərarına gəlib.

ÇSKA-nın müdafiəçisi futbolçu həyatında fasilə vermək qərarına gəlib. 31 yaşlı Mario qərarını son vaxtlar özünü yorğun hiss etməsi ilə izah edib. O, bu problemdən qurtulacağı halda yenidən komandaya qoşula biləcəyini də deyib.

Fernandes 2012-ci ildən formasını daşıdığı ÇSKA ilə 7 titul qazanıb. “Hərbçilər”lə 3 dəfə Rusiya çempionluğu, 1 dəfə ölkə kubokunu, 3 dəfə isə ölkə superkubokunu qazanıb. Onun Rusiya yığmasında 2017-21-ci illərdə 33 oyuna 5 qol vurduğunu da xatırladaq.