MBA klublarından “Detroyt”, “Boston”, “Yuta” və “Qolden Steyt”in də formasını geyməyə imkan tapan isveçli keçidi haqda bunları deyib:
“ÇSKA-nın, zəngin tarixə malik klubun bir hissəsi olmaq mənim üçün şərəfdi. Yenidən basketbol oynamaq imkanını səbirsizliklə gözləyirdim. Komandaya qoşulduğuma görə çox şadam”.
Yerebkonun ÇSKA-ya keçidi açıqlanan kimi İsveçin su və meyvə şirəsinin istehsalı üzrə ixtisaslaşan “Nocco” şirkəti onunla əməkdaşlığı dayandırıb. Şirkət qərarını basketbolçunun Rusiyanı seçməsi ilə izah edib. Bildiyiniz kimi, fevralın 24-ü səhər saatlarından etibarən Rusiya Ukrayna ərazisinə hücuma keçib. Putin “xüsusi hərbi əməliyyat” adı altında Ukraynaya müharibə elan edib və bu ölkənin işğalına çalışır.

