Rusiya çempionatının “Ufa” ilə oyunu (1:1) İqor Akinfeyev üçün əlamətdar olub.
O, ÇSKA-nın formasında yubiley - 700-cü oyununu keçirib. Moskva klubunun yetirməsi olan Akinfeyev indiyədək yalnız “hərbçilər”in şərəfini qoruyub. ÇSKA-da 2003-cü ildən çıxış edən qapıçı 294 oyunda qapısını toxunulmaz saxlaya bilib. 36 yaşlı İqorun Rusiya yığmasında 2004-18-ci illərdə 111 oyun keçirdiyini də bildirək.