Gözlənildiyi kimi, Artyom Dzyuba “Zenit”lə yollarını ayırıb.
Təcrübəli futbolçu komandadakı 7 illik karyerasını başa vurub. 33 yaşlı hücumçu 2015-ci ildən şərəfini qoruduğu Rusiya klubu ilə teleqram-kanalında yerləşdirdiyi video vasitəsilə vidalaşıb.
Artyom Sankt-Peterburq komandasında 249 oyun keçirib, 108 qol vurub və 71 məhsuldar ötürmə edib. “Zenit” ilə 4 dəfə ölkə çempionluğunu, 2 dəfə Rusiya kubokunu, 4 dəfə isə ölkə superkubokunu qazanıb. Onun karyerasını xaricdə davam etdirmək şansı var.