• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Limit götürülsə, iki-üç manatlıq legionerləri tökəcəklər meydana, azərbaycanlı futbolçular isə..”

Aktual / Ölkə futbolu

17-05-2022, 22:0

Apreldə Qazaxıstan klubu “Turan”dan ayrılaraq vətənə qayıdan Vaqif Cavadovda səs-soraq yoxdu.

Bunu nəzərə alaraq dünən onunla əlaqə saxladıq. Millinin sabiq üzvü ilə özü və futbolumuzun gündəmində olan məsələr haqda söhbətləşdik.

- Karyeranızla bağlı yenilik var?

- Hər şey qaydasındadı və yaxşı olcaq. Bütün diqqətimi A kateqoriyasını almaq üçün dərslərə yönəltmişəm. Oxuyuram. Fikrim yalnız bura yönəlib.

- Futbol məktəbinizdə işlər necə gedir?

- Məktəbimiz fəaliyyət göstərir. Lakin bildiyiniz kimi, 3 ay ölkədə olmadım. Buna görə müvəqqəti bağlamışdıq. Mən olmadığıma görə idarə etmək bir az çətin idi. Amma artıq hər şey qaydasındadı, klub fəaliyyət göstərir.

- Gənc oyunçu limiti ləğv olundu. Bu dəyişikliyin Azərbaycan futboluna necə təsiri olacaq?

- 21 yaş limitinin ləğvi düzgündü. Amma bu istiqamətdə, ümumiyyətlə, limitin tətbiq edilməyəcəyi isə yanlışdı. Deyərdim ki, çox pis qərardı. Futbolumuzu inkişaf etdirmək istəyiriksə, bununla bağlı futbolu həqiqətən bilən mütəxəssislərin fikrini öyrənmək lazımdı. Düşünürəm ki, 18 yaş limiti tətbiq olunmalıdı. 21 yaş heç kimə lazım deyil. Bu gənc oyunçu sayılmır. Gənc 17-18 yaş sayılır. Bu limiti tətbiq etsək və ehtiyatda da ən azı iki 18 yaşlı futbolçu oturacaq. İki ildən sonra onların 20-21 yaşı olacaq. Bu zaman onlar artıq həm U-21-ə, həm də milli komandaya fayda verə biləcəklər. Amma indi U-21-in futbolçuları kimə lazımdı? 20 yaşımda futbol oynaya bilmirəmsə, bundan sonra məcbur oynaya biləcəm? Ona görə də limiti 21 yox, 18 yaş üçün etmək lazımdı. Ən ideal variant budu. Çünki iki ilə bu futbolçular yetişəcək və ən azı U-19 və U-21-də çıxış edəcək. 21 yaşda heç kim məcburiyyətdən əsas heyətdə oynadılmamalıdı. Dünya praktikasında belə şey yoxdu. 16-17 yaşından etibarən peşəkar futbol oynamağa başlayırlar. 20 yaşlı yetkin adamı yenidən futbolçu kimi yetişdirməyə çalışmırlar. Yəni limiti ləğv edəndə, əvəzinə daha yaxşı, futbola fayda verəcək bir şey qoymaq, bunun üçün də mütəxəssislərlə məsləhətləşmək lazım idi. Hansı ki, onlar bu yolu keçiblər, futbolu bilirlər. Açığı, kimlərlə məsləhətləşib belə qərar qəbul etdiklərini bilmirəm. Bizim də sözümüz keçmirsə, nə faydamız var? Onda biz heç nə etməmişik, futbol oynamamışıq. İndi oynayanlar nəyə lazımdı? Bu dəyişiklik inkişafa səbəb olmayacaq. Klublar söylədiklərimə qarşı ola, “o yaşda əsas heyətdə oynada biləcəyimiz futbolçu yoxdu” deyə bilər. Yoxdusa, yetişdirməlisiz də. Ona görə bu istiqamətdə iş aparılmaması mənə qaranlıq qalır.

- Klublar legioner limitinin ləğvini tələb etdi. Ən pis halda isə 8-ə qaldırılmasını istədilər. Lakin bu qaydaya dəyişiklik edilmədi. Bu barədə fikriniz necədi?

- Limit götürülsə, 2-3 manatlıq legionerləri tökəcəklər meydana, azərbaycanlı futbolçular da qalacaq kənarda. Kimə lazımdı bu? Nə var ki, hansısa adamlar pul qazanacaq. Kim yaxşı legionerin gətirilməsinə qarşı ola bilər? Məsələn, “Qarabağ”ı götürək. Onların komandaya cəlb etdikləri səviyyəli əcnəbi futbolçulara görə yerlilər də inkişaf edir. Amma bu gün “Səbail” və “Şamaxı”dakı legionerlər kimə lazımdı? Azərbaycan futboluna hansı töhfəni verirlər? Komanda hər oyunda uduzursa, sonuncu pillədə qərarlaşırsa, legioner nəyə lazımdı? Davamlı uduzursan, nəticə göstərə bilmirsənsə, yerli futbolçularla oynayıb məğlub ol. Nə fərqi var? Heç olmasa, yerlilər inkişaf etsin. Legionerlərə verdiyiniz pulu akademiyaya, uşaqların geyiminə sərf edin. Ona görə də bu qərarları həqiqətən futbolu sevən və bilən insanlarla məsləhətləşərək vermək lazım idi. Deyəcəklər ki, Vaqif nəyəsə görə bunları deyir. Amma mən həmişə belə olmuşam. Düşündüyümü, doğru bildiklərimi deməkdən çəkinmirəm, çəkinməyəcəm də. Çünki futbolun qanunları var. Biz də futbol adamıyıq. Nə göydəndüşmə, nə də bankirəm. İnanmıram ki, hazırda futbolu məndən yaxşı bilən çox adam olsun. Hə, hamı futbolu bilir. Ancaq mənim səviyyəmdə inanmıram çox sayda bilən var. Azərbaycan futbolunun səviyyəsini yüksəltmək istəyiriksə, gərək hər şeyi düzgün edək. Güc-bəla ilə futbolçu yığılır. Yaxşı ki, legioner limitini artırmadılar. Yoxsa hamı əcnəbi gətirəcəkdi. Yerlilər də heç oynamayacaqdı. Sonra millinin baş məşqçisinin üstünə düşürlər ki, oyunçu yoxdu. Niyə yoxdu? Futbolçu var, sadəcə, heç kim onlarla normal işləmək istəmir. Hər biri legioner gətirib pul qazanmaq, nəticə vermək istəyir.

- Əvəzetmə sayı da dəyişmədi. Halbuki klublar bunun da dünyanın bir çox ölkəsində olduğu kimi 3-dən 5-ə qaldırılmasını istəyirdilər…

- Bununla bağlı Qurban Qurbanov da fikir bildimişdi. Mən də əvəzetmə sayının 5 olmasının tərəfdarıyam. Bəziləri elə düşünür ki, bu ancaq “Qarabağ” üçün faydalı olacaq. Amma hər bir komandanın xeyrinədi. Ağdam təmsilçisi üçün onsuz da fərqi yoxdu. İstənilən rəqibə 3-5 top vurur. Digər komandalar üçün də əvəzetmə sayının artırlmasının xyiri olacaq. Futbolçular yorulur və ya əlavə bir dəyişikliklə oyunun axarını da dəyişmək mümkündü. Bunun olmasını üstünlük sayıram. Amma bəzi “dahi” mütəxəssislərin fikrincə, 3-dən 5-ə qaldırılması düzgün deyil. Dünyada həqiqətən futboldan anlayışı olan insanlar bunu tətbiq edirsə, deməli, nəsə bilirlər. Bizdə bəziləri dedi ki, 3 qalması məsləhətdi. Məsləhətdi, məsləhətdi də. Biz, futboldan kənarda qalan adamlar nə deyə bilərik? (gülür)

- Növbəti mövsümdən “Turan Tovuz”la “Kəpəz” premyer-liqada çıxış edəcək. Yəni 10 komandalı çempionat izləyəcəyik. Bu iki klubun elitaya qayıtması ilə intriqa yaranacaq, yoxsa ciddi dəyişklik olmayacaq?

- Gəncə və Tovuz adı hər şeyi deyir. Futbol deyəndə Gəncə camaatı yadımıza düşür. Həmçinin də Tovuz. Onların futbol sevgisi böyükdü. Təəssüf ki, “Xəzər Lənkəran” yoxdu. O da olsaydı, bu 3 bölgənin premyer-liqaya necə rəng qatacağının şahidi olacaqdıq. Onların həm səfər, həm də ev oyunlarına azı 3 min azarkeş gedirdi. Futbolçunu sevdirən və tanıtdıran da tərəfdarlardı. Bilet belə alırdılar. “Kəpəz”lə “Turan Tovuz”un yenidən premyer-liqada çıxış etməsi bu baxımdan sevindirici haldı. Elə-belə, ad olsun deyə oynmayacaqlar. Rəqiblərinə ciddi müqavimət göstərən komandalar olacaq.

- Birinci divizionda da üç yeni komanda var. Bunlar “Araz Naxçıvan”, “İmişli” və “Mingəçevir”di…

- Birinci divizionda nə qədər çox komanda çıxış edərsə, o qədər də çox futbolçu yetişəcək. Dünyanın sayılıb-seçilən çempionatlarının təcrübəsi də dediyimi təsdiqləyir. Divizion nə qədər güclü olsa, bir o qədər də premyer-liqa güclənəcək. Daha səviyyəli yerli oyunçular olacaq. Divizion peşəkar liqadı. İnanıram ki, burda çıxış edəcək komandalar çempionluq mübarizəsinin gərginləşməsinə, intriqanın artmasına səbəb olacaqlar.

- Region Liqasında da gərgin mübarizənin şahidiyik. Burda xüsusilə fərqlənən komandalardan biri də “Xan Lənkəran”dı. Lakin cənublular 1-ci divizion üçün tələb olunan, 3 il həvəskar liqada çıxış etmək tələbinə uyğun olmadığı üçün peşəkar çempionata buraxılmadı. Bu komanda haqda nə deyə bilərsiz?

- Bu komandanı da maraqla izləyirəm. Klub daxilində gedən prosessləri isə, təbii ki, bilmirəm. Sevinirəm ki, belə bir komanda var. Lənkəran kimi bölgəyə böyük futbolun qayıtmasını çox istəyərəm. Onlar həm 1-ci diviziona, həm də premyer-liqaya rəng qatar. Amma qaydalar hələ icazə vermirsə, gözləməliyik.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

3-05-2022, 18:0

Obradoviç: “Premyer-liqada çıxış edən klubların baş məşqçiləri gənclərin inkişafını qarşıya məqsəd qoymayacaq” - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu / Manşet

22-04-2022, 13:0

Vaqif Cavadov “Turan”dan kimə görə ayrılıb? - ÖZƏL MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

8-05-2022, 18:0

Əsgər Abdullayev: “Klublar əcnəbi futbolçunu heyətə qatarkən dərindən fikirləşməlidi” - MÜSAHİBƏ

Aktual / Manşet

4-06-2022, 11:0

"Gənc yaşlarında parlayan Zaur Tağızadəni limit üzə çıxardı?" - Samir Abasov

Ölkə futbolu

4-06-2022, 13:0

Vaqif Sadıqov: “Ehtimal var ki, klublara böyük maliyyə dəstəyi olacaq”

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə