Anxel Di Mariya artıq özünə yeni klub tapıb.
PSJ-dən yeni təklif almayan argentinalı yarımmüdafiəçinin İtaliyaya yollanmaq şansı yüksəkdi. Son xəbərlərdə onun “Yuventus” ilə anlaşdığı bildirilir. Jurnalist Adrien Qrenye tərəflər arasındakı danışıqların bir neçə həftə başladığını qeyd edib.
Anxel yeni klubuna azad agent kimi keçəcək. Onun PSJ-ilə müqaviləsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulub.